Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İmtahanlar üçün generatorlu məktəblər seçilir - DİM-dən xüsusi rejimlə bağlı AÇIQLAMA



Elektrik enerjisinin qəfil kəsilməsinin xüsusilə dövlət əhəmiyyətli obyektlərdə  yaratdığı ciddi problemlərin iki gün ərzində şahidi olduq. Metropoliten, səhiyyə ocaqlarının generatorsuz işləməsinin yüzlərlə fəsadı yaşandı.

Dövlət İmtahan Mərkəzi (DİM) də strateji əhəmiyyətli təşkilatdır. Mərkəz bu cür situatsiyalara hazırdırmı?

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin Cebhe.info-ya verdiyi açıqlamada qurumun binasının generatorla təchiz olunduğunu bildirib: 

“Bu günlərdə Dövlət İmtahan Mərkəzi daim enerji ilə təhciz olunub. Elektirik enerjisi kəsilən zaman bizim generatorumuz avtomatik olaraq, işə düşüb. Bunun arası cəmi 1 saniyə çəkir. Bizdə generatorsuz mümkün deyil, çünki, burda xüsusi rejimdə işlər aparılır”.

Xanlar Xanlarzadənin sözlərinə görə, qəbul imtahanları keçirilən zaman da daha hazırlıqlı, təminatlı ali təhsil müəssisələri, məktəblər seçilir: 

“Adətən imtahanlar məktəblərdə olur. Onlarda generator olur, hansısa problem olanda onu yandırırlar. Amma imtahanlar gündüz vaxtı keçirildiyindən problem yaşanmır. Biz texniki təhcizatı yerində olan, imtahanları keçirməyə tam hazır olan məktəbləri seçirik” 

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений