Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlin ən innovativ şirkətləri bəlli oldu



“Apple” və “Google” artıq ikinci il ardıcıl olaraq “Boston Consulting Group” tərəfindən tərtib edilən 50 ən innovativ şirkət reytinqinə liderlik edirlər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Microsoft” korporasiyası sözügedən reytinqdə üçüncü yerə yüksəlib.

“Amazon” pərakəndə ticarət nəhəngi öz mövqeyini 1 pillə itirərək beşinci yerə yuvarlanıb. “Netflix” şirkəti isə 10-cu yerdən 13-cü yerə düşüb.

İlin reytinqinə yeni şirkətlər də daxil edilib. Məsələn, “Uber” şirkəti və “Alibaba” internet mağazası ilk onluğa daxil olublar.

Reytinqə əsasən söyləmək olar ki, ən qabaqcıl şirkətlər Şimali Amerikanı təmsil edir. Bu il reytinqdə Avropa şirkətlərinin sayı 10-dan 16-dək artıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений