Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlham Şaban: "Neftin qiymətinin ucuzlaşmasına imkan daha çoxdur"



Xəbər verdiyimiz kimi, iyunun 12-də dünyanın bütün diqqəti Sinqapurda idi. Səbəb təbii ki, məlum olduğu kimi ABŞ prezidenti Donald Trampla Şimali Koreya prezidenti Kim Çen In görüşü idi. Sinqapurun Sentoda adasında bir araya gələn tərəflər nəhayət ki, barışıq əldə edə biliblər. Hətta bununla bağlı müqavilə də imzalayıblar.

Müqaviləyə görə, hər iki ölkə zamanla aralarındakı soyuq münasibəti düzəltməli və bəzi məsələlərdə biri-birilərinin fikirlərini öyrənib sonra addım atmalıdırlar. Bir çoxları əldə olunmuş müsbət nəticələrin gələcəkdə hazırki neftin qiymətinə təsirsiz ötüçməyəcəyini bildirir. Ekspertlər hesab edir ki, razılıqdan əvvəl iki ölkənin bir-birilərinin ünvanına hədə dolu ifadə və bəyanatlar səsləndirməsi neftin qiymətini bahalaşdırırdısa, bundan sonra ucuzlaşma ola bilər. 

Dünya ekspertlərinin bu fikiri ilə Cebhe.info-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da razı olduğunu bildirdi. Onun sözlərinə görə, Şimali Koreyanın bölgədəki hərbi ritorikası neftin bahalaşmasına təsir edirdisə, razılıq əksini diktə edir:

 "Bu ilin əvvəli, ötən ilin sonlarında Şimali Koreya qiymətlərə təsir edə bilirdi. Çünki Şimali Koreyanın hərbi ritorikası bölgədə neftin tranziti məsələsinə ciddi təsir edən amillərdən idi. Bu da təbii ki, neftin qiymətlərinə təsir edirdi. ABŞ və Şimali Koreya liderləri arasındakı intiriqa aradan qalxdı. Əlbəttə ki, neftin qiymətlərində çalarlar artıq aradan qalxır və indi yanacağın aşağı düşməsinə imkan daha çoxdur".

Ucuzlaşmanın qaçılmaz olduğunu desə də ekspert bunun nə vaxt baş verəcəyini indidən deməyin tez olduğu fikrindədir. Onun fikirincə, hələ qarşıda ABŞ və Şimali Koreya rəsmilərinin razılaşma ilə bağlı görüşləri olacaq. Görüşlər qiymətin ucuzlaşıb-ucuzlaşmayacağını gösətərəck: 

"Qiymətlərin nə vaxt ucuzlaşacağını demək hələki tezdir. Bu məsələlər bir aydan sonra məlum olacaq. Çünkiu bu müqavilənin nə qədər davamlı olacağı hələ bilnmir. Ona görə də gözləyək görək necə olur".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений