Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlham Əliyev üçün 40 min imza toplandı



İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları tərəfindən həyata keçirilmiş imzatoplama kampaniyası başa çatıb.

Cebhe.info xəbər verir ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır.

Partiya isə mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений