Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İki dövlət qurumunun qərarı təsadüfdürmü? – Yoxsa zərurət?



Məlum olduğu kimi, metronun “Koroğlu” stansiyasının “Piramida” adlandırılan giriş-çıxışı müvəqqəti bağlanacaq.

Cebhe.info xəbər verir ki, “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev girişin bağlanmasının təmirlə əlaqədar olduğu haqqında açıqlama verib.  O, həmçinin stansiyanın digər bütün giriş-çıxışlarının açıq olacağını bildirib. 

Qeyd edək ki, giriş aprelin 21-dən bağlanacaq.

Bir gün əvvəl isə Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindəki çıxışının qarşısında olan avtobus dayanacaqlarının ləğv ediləcəyini barədə açıqlaması yayıldı.  BNA bunun axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması məqsədilə edildiyini açıqlamışdı: “Hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq”.

Avtobus dayanacaq məntəqələrini də ləğvi aprelin 21-də həyata keçriləcək.

Bəs, bu iki qurumun müvafiq qərarlarının eyni gün üçün verilməsi təsadüfdürmü?

Avtobus dayanacaqları ləğv ediləcəyi, amma metronun adıçəkilən stansiyasının fəaliyyət göstərcəyi təqdirdə, buradakı xaosun ikiqat artacağını təsəvvür etmək çətin deyil. Çünki, bu istiqamət üzrə işləyən avtobuslardan istifadə edən kənd və qəsəbələrin sakinləri bütünlüklə bu barədə məlumatları ala bilməyəcəklər. Metronun çıxışından çıxdıqları zaman saatlarla avtobus gözləyəcəklər. Qeyd edək ki, bu cür vəziyyət “Avropa oyunları” keçrilən zaman müşahidə olunub. Çünki, həmin vaxt da avtobusların istiqaməti müvəqqəti olaraq dəyişdirilmişdi. Sərnişinlərin isə bundan xəbəri yox idi.

Bu baxımdan Metronun giriş-çıxışının bağlanması və sərnişinləri planlı formada fəaliyyət göstərən dayanacağa yönəltmək yaranacaq vəziyyətin qarşısının alınması baxımından təqdirəlayiq haldır.

“Bakı Metropaliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə Cebhe.info-ya açıqlamasında metropalitenlə bağlı qərarın Nəqəliyyat Agentliyinini qərarı ilə bağlı olmadığını bildirib: “Biz giriş-çıxışı müvəqəti bağlayırıq. Təmirdən sonra açılacaq. Amma dayanacaqlar ümumiyyətlə ləğv olunub”.

Nəsimi Paşayev giriş-çıxışın xırda təmir işləri ilə bağlı olduğunu deyib.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений