Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İdmançılarımız olimpiadadan kənarda qala bilər - Nazir



Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər.

Bu barədə Report-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".

Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Hazırda Qusarda “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений