Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İdman mətbuatı: PUL DA YOXDUR, YAZI DA



Əvvəllər idman qəzetlərində tez-tez analiz, araşdırma xarakterli yazılarla qarşılaşırdıq. İndi isə çoxsaylı idman saytları olduğu halda oyunların şərhi xəbərlərdə gözə dəymir. Nəzərə alsaq ki, Dünya Çempionatı 4 ildən bir olsa belə əksər insanları oyuna cəlb edə bilib, böyük maraq yaratmağı bacarır. Yaxşı olmazdımı ki, oyun nəticələrindən başqa komandaların qalibiyyət və məğlubiyyət səbəblərinin yer aldığı analiz və təhlil xarakterli xəbərlərlə idman mıtbuatımız zəngin olsun? Maraqlıdır, idman jurnalistikasında bu çatışmazlığın əsas səbəbləri nələrdir?

Cebhe.info-ya açıqlama verən idman sahəsi üzrə ekspert Natiq Muxtarlı bildirib ki, idman jurnalistikasında analitik, analiz, araşdırma xarakterli yazıların azlığı faktdır:

“Azərbaycanın idman mətbuatı ancaq xəbərlərlə baş qatmağa məhkumdur. İdman mətbuatını bu məhkumluğa vadar edən isə maliyyə çatışmazlığıdır. İdman mətbuatının maliyyə mənbəyi yoxdur. Ona görə də, zaman-zaman, analiz xarakterli yazılar yazmağa qadir olan jurnalistlər bu sahədən uzaqlaşdı. 

Azərbaycanın idman mətbuatının durumu “Azərbaycan idman ölkəsidir” fikrinə adekvat deyil. Azərbaycanda idman mətbuatı yoxdur. İdman mətbuatının olmadığı bir ölkənin isə idman ölkəsi olması çox şübhəlidir. Ona görə də, ilk növbədə idman mətbuatının stabil reklam bazarı olmalıdır. Cəmiyyət tələb edir. Tələb edir ki, analitik, araşdırma xarakterli yazılar olsun. Ancaq idman mətbuatının hansı durumda olması cəmiyyətin vecinə də deyil. İdman mətbuatının bu gün gördüyü iş onun maliyyə imkanlarının verdiyi fürsətdən qat-qat artıqdır. Çox təəssüf ki, belə maliyyə şərtləri ilə bundan artıq nəsə etmək mümkün deyil”. 
 
“Xalq Cəbhəsi" qəzetinin əməkdaşı, tanınmış jurnalist Əli Zülfüqaroğlu Cebhe.info-ya bildirib ki, idman jurnalistikamızın səviyyəsinə görə, Türkiyə və Rusiyadan geri qalmağımız təbiidir:

“Çünki adı çəkilən ölkələrin idman mediası maddi cəhətdən kifayət qədər üstündürlər. Jurnalistlər yaxşı pul qazanırlar və bu səbəbdən də öz peşələrinə ciddi yanaşır, getdikcə də inkişaf edirlər. Nəticədə Türkiyə və Rusiyanın idman jurnalistlərinin futbol oyunları barədə şərhləri məşqçi şərhlərindən geri qalmır, hətta bəzən məşqçilər belə jurnalistlərin taktiki düzülüş, oyunçu dəyişikliyi ilə bağlı yanlış qərarlarına görə tənqidləri qəbul edirlər.

Bizim şərhçilərin isə müəyyən səbəblərdən şərhləri və futbol bilikləri həvəskar azarkeşlərin şərhlərindən ciddi şəkildə fərqlənmir”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений