Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İcra başçısı ilə bağlı qərar verildi



Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad olunub.

XəzərNews.az xəbər verir ki, yaxın saatlarda Prezident İlham Əliyevin bununla bağlı Sərəncamının yayılacağı gözlənilir.

Hazırda Binəqədi rayon İcra Hakimiyyətində Xaləddin İsgəndərovla vida görüşü keçirilir, təhvil-təslim işləri aparılır. 

Qeyd edək ki, Binəqədi rayonuna yeni İcra Başçısı yaxın günlərdə təyin olunacaq. X.İsgəndərovu yeni başçının təyinatına qədər onun birinci müavini İlqar Süleymanov əvəz edəcək. 

Xatırladaq ki, X.İsgəndərov sabiq vergilər naziri Fazil Məmmədovun bacısını əri idi. Uzun müddət vergi sistemində çalışmış, sonra isə Binəqədi rayonunun İcra başçısı təyin olunmuşdur. 

Onun haqqında heç də xoş olmayan informasiyalar dolaşırdı. Onlardan da ən mühümi qaynı Fazil Məmmədova güvənərək yaxın qohumlarını Binəqədinin kənd və qəsəbələrinə qeyri-qanuni təhkim edərək tikinti işi aparan yerli sakinlərdən pul tələb etməsi idi. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений