Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hüquq-mühafizə orqanlarına 600 milyonluq iş verilib



"Bank Standard" QSC-nin 743 mln. manatlıq kredit portfelinin 304 mln. manatdan artıq hissəsi 0% ilə verilib".
 
Bunu "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin iclasında komitə sədri Əkrəm Həsənov deyib.
 
Onun sözlərinə görə, 0% dərəcəsi ilə verilən ən yüksək kreditin məbləği 13 mln. manatdır. "Faizsiz kredit verilməsi dövlət təhlükəsizliyi məsələsidir. Burada söhbət çirkli pulların yuyulmasından da gedə bilər. Təklif vermişik ki, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilsin və bu kreditlərin kimə verildiyi araşdırılsın. Faizsiz kreditlərin əksəriyyəti fiziki şəxslərə verilib".
 
Komitə sədri əlavə edib ki, kredit portfelinin 58%-i girovsuz, 42%-i isə qismən girov təmin edilməklə verilib.
 
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev isə deyib ki, qurumun fəaliyyəti yenidən nəzərdən keçirilir. Onun sözlərinə görə, bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub ki, işlər 600 mln. manatdan artıq vəsaiti əhatə edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений