Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hökumətin cəmi iki il vaxtı qalıb



“Rusiyanın gələcək  hökumətinin həlledici islahatlar həyata keçirmək üçün cəmi iki il vaxtı var”.

Cebhe.info-nun məlumatına görə, sözügedən açıqlamanı  Strateji İnkişaf Mərkəzinin rəhbəri, Rusiya sabiq maliyyə naziri Aleksey  Kudrin verib. 

Ekspert seçkilərdən sonra Rusiya vətəndaşlarının ölkə əhalisinin rifahının yaxşılaşdırılması üçün yeni dəyişikliklərə dair prezidentin mesajında qoyulan vəzifələrin həyata keçirilməsini gözlədiyini deyib. 

“Növbəti seçki kampaniyası (parlament seçkiləri) 2020-ci ildən gec olmayaraq başlayacaq. Deməli, növbəti  hökumətin dəyişiklikləri həyata keçirmək üçün yalnız iki ili qalıb. Hətta bu imkan pəncərə belə deyil, nəfəslikdir”,-deyə Kudrin bildirb. 

İqtisadçı bildirib ki, yeni hökumətin ilk vəzifəsi dövlət idarəçiliyində islahatın dərhal başlanmasından ibarət olmalıdır. Kudrin hesab edir ki, bu islahat olmadan, heç bir "irəliləyiş" mümkün deyil.  Çünki mövcud sistem Rusiyanın qarşısında duran problemlərin həllinə qadir deyil.

İkincisi, hökumət  təhsilə və səhiyyəyə investisiyanın artılmasına,  infrastrukturun inkişafına,  biznesə dəstəyin çoxaldılmasına çalışmalıdır. “Ölkənin texnoloji sisteminin inkişafı yenidən qurulmalı, hələ də xammaldan asılı olan iqtisadiyyatımızı  rəqəmsala çevirmək və ixraca yönümülü etmək lazımdır”-Kudrin belə deyib. 

Ekspert təklif edir ki, üçüncü mühüm vəzifə siyasətin şəffaf və proqnozlaşdırılan olmasıdır. Kudrinin sözlərinə görə, yeni hökumətdən gələn siqnallar aydın və birmənalı olmalıdır. Çünki bu, onun legitimliyinə və uğuruna təsir göstərir. Ekspert xüsusilə pensiya sisteminin islahatı kimi məsələlərdə qeyri-müəyyənlik olduğunu açıqlayıb. Biznes yoxlamalarının sayının azaldılması əhalinin hökumətə olan etimadını azaldır. 

“Bu ciddi işi görmək üçün yeni hökumətin  iki il vaxtı var. Qoşmağa vaxt yoxdur, gemək vaxtıdır”,-deyə Kudrin bildirib.

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений