Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hökumət iki diplomat haqqında həbs qərarı verdi



İsevçrə iki türk diplomatın həbs olunmasına qərar verib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, axtarışa verilən türk diplomatlar Türkiyə səfirliyinə bağlı olan şəxslərdir. İsveçrə prokurorluğu onları 2016-cı ildə Fətullah Gülənə yaxınlığı ilə tanınan və İsevçrədə yaşayan bir iş adamını qaçırmaqda ittiham edir.

Məlumatlara görə axtarışa verilə diplomatlardan biri səfirliyin attaşesi Hacı Mehmet Qani, biri isə səfirliyin məsul işçisidir.

İsveçrə prokurorluğunun yaydığı məlumata görə onlar ölkəyə diplomatik vəsiqə ilə daxil olub və sonradan ölkəni tərk ediblər. Adıçəkilən şəxslərin İsveçrəyə daxil olduqları an həbs olunacaqları bəyan edilib.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений