Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hesablama Palatasının büdcəsi artırılır



Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində Hesablama Palatası üçün 3,852 mln. manat həcmində vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,8% və ya 29,1 min manat çoxdur.

“Report”un verdiyi xəbərə görə, bu barədə Hesablama Platasının sədri Vüqar Gülməmmədov məlumat verib.

“Bu vəsait audit tədbirlərinin həyata keçirilməsi üçün ekspertlərin cəlb olunması ilə bağlı əlavə vəsaitin, audit jurnalının rübdə bir dəfə buraxılması ilə bağlı əlavə vəsaitin, işsizlik müavinətlərinin ödənilməsi üçün əlavə vəsaitlərin nəzərə tutulması ilə bağlıdır. Eyni zamanda, daxili ezamiyyə xərcləri, dövlət qulluqçularının sosial müavinətlərlə bağlı xərclərin azaldılması nəzərər tutulub”, - deyə Palata rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Hesablama Palatasının cəmi büdcəsinin 82%-dən bir qədər çoxu əməyin ödənişi xərcləri ilə bağlıdır: "Ayrılan vəsait də ölkə xaricində olmaq şərti ilə 60 audit tədbirinin keçirilməsi üçün kifayət edir".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений