Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib



Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib.
 
Təlimlərdə hərbi hissələr təyin edilən vaxtlarda döyüşə tam hazırlıq vəziyyətinə gətirilib, idarəetmə orqanları və bölmələr manevr edərək yeni mövqeləri tutub.
 
Qərargahlarda və bölmələrdə döyüş fəaliyyətlərinin planlaşdırılması və hazırlığı üzrə işlər aparılıb. Heyətlərin bacarığı və hərbi texnikanın imkanları döyüş təyyarələrinin uçuşlarının təqlid edilməsi və hava hədəflərinə qarşı döyüş işinin aparılması ilə yoxlanılıb. Bölmələr dağlıq relyef və mürəkkəb radioelektron maneə şəraitində sürətli hava hədəflərini vaxtında aşkarlayaraq dəqiq atəşlə məhv edib.
 
Təlimlər bitdikdən sonra bölmələr daimi yerləşmə məntəqələrinə qayıdıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений