Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hərbi əməliyyat planı hazırdır: 3 ay davam edəcək 



Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirəcəyi hərbi əməliyyatlar üçün hazırlıqları tamamlayıb. Artıq bununla bağlı Türkiyə ordusunun planı da məlum olub.

Cebhe.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, türk ordusu əməliyyatın davam edəcəyi 3 aylıq vaxtın ilk mərhələsində 17 kilometrlik çöllük ərazini minalardan təmizləyərək şəhərin mərkəzinə girməyə cəhd edəcək.

Əməliyyatların başlaması üçün Silahlı Qüvvələrin qərargahı Türkiyə - Suriya sərhədinə köçürülüb. Hərbçilər üçün çadırlar qurulub və əməliyyat üçün bütün hazırlıqlar başa çatıb. Plana görə əməliyyatlar 3 ay davam edəcək. Əməliyyatda iştirak edəcək hərbçilər üçün sərhəd xəttindən keçən 7 bölgədə 12 keçid məntəqəsi bəllidir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan arasında keçirilən görüşdən sonra Türkiyə - Suriya sərhədləri boyunca bütün ərazilər hərbiləşdirilib. Bölgəyə hərbi texnika və canlı qüvvələrin gətirilməsi işi də başa çatıb. Ankaradan bölgəyə əlavə 56 zirehli texnikanın gətiriləcəyi də bildirilir. Xatırladaq ki, ABŞ-ın başçılığı ilə İŞİD terror qruplaşması ilə mübarizə üçün yaradılan beynəlxalq koalisiya Suriyadakı ortaq qüvvələri ilə birlikdə 30 min nəfərdən ibarət ordu qurub. Ordu Türkiyə ilə sərhəddə yerləşən Afrin bölgəsinə dislokasiya edilib. Yeni qurulan ordu sərhədlərin mühafizəsini həyata keçirir. Sərhəd qüvvələri PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin komandanlığına verilib. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений