Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hepatitlərlə effektiv mübarizə yolları ilə bağlı tədbir keçirilib - FOTO



Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə effektiv mübarizə yollarının müzakirəsi” layihəsi çərçivəsində “Viruslu Hepatit Hökm Deyil!” adlı tədbir keçirilib.

Cebhe.info xəbər verir ki, tədbiri giriş sözləri ilə açan "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva bildirib ki, layihə çərçivəsində 5000-cən flayer hazırlanıb: 

“Perspektivdə layihənin davamlılığını təmin etmək üçün 2018-ci ildə bu flayerlərin təhsil ocaqlarında paylanması və bir sıra digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. Layihə sonu keçirdiyimiz bu tədbirdə isə viruslu hepatitlərlə effektiv mübarizə yolu kimi nikahdan əvvəl icbari tibbi müayinə siyahısına Hepatit B və Hepatit C daxil edilməsi və bu xəstəliyin müalicəsində 90 faiz sağalma nəticələri verən  ÜST tərəfindən tövsiyə edilən yeni müalicə metodlarının dövlət proqramı çərçivəsində tətbiq edilən müalicə sxemlərinə tədricən daxil edilməsi təklifləri ictimai müzakirə mövzusu oldu”.

Tədbirdə ölkəmizdə viruslu hepatitlərə yoluxan xəstələrin statistikası ilə bağlı araşdırma nəticələri slaydlar və statistik qrafiklər şəklində təqdim olundu. Bu göstəricilər və digər yuxarıda qeyd olunan mövzular geniş formatda müzakirə edilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abbasova, AR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Sahibə Fərəcova, QHT-ə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov çıxış ediblər. Onlar belə bir layihənin həyata keçirilməsinin mühümlüyünü və dövlətimizin yoluxucu xəstəliklər ilə mübarizədə sosial yönümlü siyasətini diqqətə çatdırıblar.

Daha sonra ictimai müzakirə mövzuları ilə bağlı “Azərbaycan Diabet Liqasının” sədrı Sultanova Yeganə, “Hemofiliyalı Xəstələr” İB-nın sədri Gülnarə Hüseynova, MQF idarə heyətinin sədri Qorxmaz İbrahimli,  “Hippokrat Tibb Cəmiyyətinin” təsisçisi Mayil Tagiyev, “Leykemiya ilə Mübarizə İB”-nın sədri Mehriban Bağırova, “Sağlamlığa Xidmət” İB-nın sədri Elçin  Muxtarlı, ”Azərbaycan qastroenteroloqlar və hepotoloqlar” İB-nın sədri Gülnarə Ağayeva, “Azərbaycan  Bariatrik və Metobolik Cərrahlar Assosiasiyasının” sədri Taryel Ömərov, “Rinologiyanın İnkişafına Dəstək” İB-nın sədri Məzahir Guliyev, həkim mütəxəssislər Hicran Xıdırova, Ülviyyə Məmmədova, Aytən İsmayılzadə, Vasif İsmayıl, Faiq Məmmədzadə və digərləri öz fikirlərini bildiriblər.

Nəticə etibarilə, tədbirdə fikir mübadiləsində əldə edilmiş konstruktiv təkliflər uyğun dövlət qurumlarına göndəriləcək.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений