Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Henrix Mortenesdən Minsk qrupuna Qarabağ çağırışı: “Məsuliyyəti hiss etmək lazımdır”



“Avropada hamının Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatı var”. 

Cebhe.info xəbər verir ki, Ermənistana səfər edən Avropa Liberallar və Demokratlar Konqresinin (ALDE) prezidenti Henrix Mortenes belə deyib. O, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin dinc yolla həllinin tərəfdarı olduqlarını diqqətə çatdırıb.

“Avropada hamı münaqişənin dinc yolla həlini arzulayır. Biz bunun sadə bir məsələ olmadığını, kompleks həll səyləri tələb etdiyini bilirik”, - deyə Mortenes qeyd edib.

ALDE prezidenti bildirib ki, tərəflərin münaqişəni diplomatik yolla həll prosesinə dəstək verəcəkləri halda, müsbət nəticə əldə etmək mümkündür: “Münaqişə tərəfləri ilə yanaşı, ATƏT-in Minsk qrupu da öz məsuliyyətini artırmalıdır. Hesab edirəm ki, vəziyyətin kritik olduğunu nəzərə alıb məsuliyyətli olmaq, bu məsuliyyəti hiss etmək lazımdır”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений