Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hava alpinistlərin axtarışına imkan verirmi? - RƏSMİ AÇIQLAMA



Xəbər verildiyi kimi, ötən il dekabrın 24-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvünün axtarışları yanvarın 8-də davam edib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edib.

Bildirilib ki, dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

Maraqlıdır, hava şəraiti necə, əməliyyat-axtarışa imkan verirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova Cebhe.info-ya açıqlamasında bu haqda məlumat verib. 

G.Məmmədova bildirib ki, yanvarın 8-i və 9-da qeyd olunan ərazidə hava şəraiti əsasən yağmursuz keçib, mülayim qərb küləyi əsib, ara-bir güclənib: 

“Bu gün axşam saatlarından yanvarın 11-dək hava şəraiti qeyri-sabit keçəcək. Ara-bir qar yağacaq, mülayim qərb küləyi ara-bir güclənəcək, havanın temperaturu 13-18 dərəcə şaxta olacaq. Hələlik, iki günün məlumatına görə, hava şəraiti sabit olub, yağmursuz olub”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений