Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hamilə qadınlara elektron nəzarət - Necə həyata keçirilir?



2014-cü ildən etibarən hamilə qadınlara elektron nəzarət xidməti işinə başlayıb. 

Maraqlıdır, bu elektron xidmət fəaliyyətini necə həyata keçirir?

3 saylı qadın məsləhətxanasının baş həkimi Aygün Budaqova bu haqda Cebhe.info-ya açıqlamasında danışıb:

“2014-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ana və uşaqların sağlamlığının gücləndirilməsi istiqamətində tədqiqat proqramı hazırlanıb. Hamilə qadınlara elektron nəzarət xidməti də bu proqram çərçivəsində yaranıb.

2014-cü ildən fəaliyyətə başlamasına baxmayaraq bugünkü günədək təkminləşdirilməsi istiqamətində müəyyən işlər görülür. Hər bir hamilə haqqında burada məlumat yerləşdirilir, şəxsiyyət vəsiqəsinin kodu yığılmaqla burada hamilənin səhifəsi açılır. Hamilənin bütün müayinələri, göndərişləri burada əksini tapır. Burada hər bir həkimin kodu var”. 

A.Budaqovanın sözlərinə görə, beləcə müəssisə rəhbəri, o cümlədən də, Səhiyyə Nazirliyi də hamiləyə göstərilən xidməti nəzarətdə saxlayır: 

“Bu elektron nəzarət həm də qadınların qadın məsləhətxanasına cəlb edilməsi və sair bu kimi istiqamətlərdə olan problemlərin aradan qalxmasına səbəb olur”. 

A.Budaqova deyir ki, hazırda rəhbərlik etdiyim 3 saylı qadın məsləhətxanasında yerləşdirilən belə hamilələrin sayı 438-dir. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений