Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Gürcüstanda azərbaycanlı namizəd və daha 4 nəfərin güllələnməsi ilə bağlı RƏSMİ MƏLUMAT



Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb. 
 
APA-nın yerli bürosunun xəbərinə əsasən, məlumatda deyilir ki, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində “Gürcü Arzusu” Partiyasının seçki qərargahının yaxınlığında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb: “Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatları təhlükə altında deyil. Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır”.
 
Məlumatda qeyd olunub ki, daxili işlər naziri Giorgi Mqebrişvili insidentdən sonra hadisə yerində olub, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub.
 
Marneuli xəstəxanasından yaralıların vəziyyətinin stabil olduğu bildirilib. Onların Tbilisi xəstəxanasına aparılmasına ehtiyac yaranmadığı qeyd olunub. Dünən gecə saatlarında xəstəxanaya baş çəkmiş səhiyyə naziri David Sergeenko insident zamanı daha bir nəfərin yaralandığını bildirib. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər.


 
*** 01.47
 
Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində gecə saatlarında güllələnən şəxslərdən birinin vəziyyəti ağırdır.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, həmin şəxsin reanimobillə Tbilisi xəstəxanalarından birinə çatdırılacağı gözlənilir.  
 
Hazırda Marneuli xəstəxanasının qarşısında çoxlu insan toplaşıb.
 
 
**** 01.07

 
Gürcüstanda naməlum şəxslər odlu silahdan atəş açaraq hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizəd Ceyhun Çovdarovu yaralayıblar, faktla bağlı cinayət işi başlayıb.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında silahlı hücuma məruz qalmış C.Çovdarov və onu müşayiət edən üç nəfər yerli xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunublar. Onlardan ikisinin yüngül yara aldığı bildirilir. 
 
Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə ilə bağlı Marneuliyə səfər edib. O, Qızılhacılı kəndində hadisə yerinə baş çəkib. Nazir hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edəcək. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений