Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstan azərbaycanlıları üçün müasir təhsil kompleksi yaradılacaq



Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda müasir özəl təhsil kompleksi yaradılacaq.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi kompleks üçün Marneulidə, A.Şaiq küçəsində yerləşən 3 520 kv m. torpaq sahəsini və sahədə yerləşən binaları 500 min lariyə (205 min dollar) “Beynəlxalq Təhsil Mərkəzi” MMC-yə verib.

Yeni təhsil kompleksində məktəbəqədər təhsil müəssisəsi, idman-rekreasiya infrastrukturu, dil tədrisi, peşə təhsili və ixtisasartırma mərkəzi olacaq. Kompleks etnik azərbaycanlılar tərəfindən dövlət dilinin öyrənilməsi və onların Gürcüstan cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayacaq. 500 şagirdin təhsil alacağı kompleksdə 50 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений