Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Günel jurnalistləri məhkəmə ilə hədələdi - Rza Zərraba görə...



Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova (Azəri Günel) sosial şəbəkədən mediaya səslənib.

Cebhe.info xəbər verir ki, ifaçı "İnstagram" səhifəsində keçmiş nişanlısı, hazırda ABŞ-da həbsdə olan Rza Zərrabla adının birgə mətbuatda hallanmasından narahat olduğunu yazıb:

"Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və bunaçox pis oluram. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir”, - deyə qeyd edib.

Müğənni xatırlatma verərək bildirib ki, bir zamanlar bu mövzuda haqlı olsa da, zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri tərəfindən adı qaralamışdı:

"İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardınız”.

Müğənni media nümayəndələrinə səslənərək, əleyhinə xəbər yazanları məhkəmə ilə hədələyib:

"Dəyərli jurnalist dostlarım! Türkiyəyə gəldiyim gündən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq demək istəyirəm ki, sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab verəcəklər”.

Aysel
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений