Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gözlənilməz gəlişmə: Daha bir ölkədən Rusiyaya "ərazimizə qanunsuz müdaxilə" İTTİHAMI



Keçmiş rusiyalı casus Sergey Skripalın zəhərlənməsində istifadə edilən kimyəvi maddə ilə əlaqədar Rusiyadan açıqlama istəyən İngiltərə bu ölkəyə qarşı ata biləcəyi addımları müzakirə etməyə başlayıb. 

Cebhe.info xəbər verir ki, “The Times” qəzeti Rusiyanın İngiltərə ərazilərinə qanunsuz müdaxilə etdiyi iddiası ilə NATO nizamnaməsinin 5-ci maddəsinin tətbiq edilməsi məsələsinin gündəmə gətiriləcəyini iddia edib. NATO-ya üzv dövlətlərdən birinə edilən hücumu bütün üzvlərə edilmiş hücum kimi qəbul edən 5-ci maddə alyansın tarixində yalnız bir dəfə - 11 sentyabr terror aktından sonra ABŞ-ın tələbi ilə tətbiq edilib. Həmin maddəni əsas tutan ABŞ Əfqanıstana hərbi müdaxilə edərək, bu ölkənin ərazilərində antiterror əməliyyatlarına başlamışdı.

Məsələnin gündəmə gəlməsindən sonra İngiltərənin Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb və rəsmi Londona nota verilib. İngiltərədən verilən açıqlamada isə bildirilib ki, əgər Rusiya zəhərlənmə ilə bağlı məsələyə tutarlı arqument gətirə bilməsə, bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edilməklə yanaşı, alternativ variantların həyata keçirilməsi məsələsinə də baxılacaq. Qəzet yazır ki, Rusiyaya qarşı atılacaq ilkin addım kimi bu həftənin sonunadək yeni sanksiyalar elan ediləcək.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey martın 12-də parlamentdəki çıxışında Rusiyanı Sergey Skripl və onun qızı Yuliya Skripalı zəhərlənməkdə ittiham edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə zəhərlənmə ilə əlaqədar istintaq sənədlərinə baxmayana qədər məsələ ilə əlaqədar açıqlama verməyəcəklərini bildirib.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений