Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Göygöldə yoxa çıxan gəlin 11 gün sonra Gəncədə tapıldı



Göygöl rayonunda yaşadığı evdən qaçaraq itkin düşən gəlin tapılıb.

"Report"un məlumatına görə, rayonun Mollacəlili kənd sakini, 1997-ci il təvəllüdlü Asiya Elnur qızı Ağakişiyeva Gəncə şəhəri ərazisində tapılıb.

Məlum olub ki, 11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək naməlum istiqamətə gedən gəlin Gəncə şəhərinin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb.

Əvvəlcədən planlaşdırdıqları kimi, şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heç kimlə əlaqə saxlamadığını deyib.

A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений