Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Göygöldə fen almağa gedib, taksiylə qaçan gəlin tapıldı - Açıqlaması şoka saldı



Göygöl rayonunda yaşadığı evdən qaçaraq itkin düşən gəlin tapılıb.

Rayonun Mollacəlili kənd sakini, 1997-ci il təvəllüdlü Asiya Elnur qızı Ağakişiyeva Gəncə şəhər ərazisində tapılıb.

İlkin məlumata əsasən o qayınana və qayınatası ilə yola getmədiyi üçün evdən qaçıb.

Artıq itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı da məlum olub. Belə ki, 11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.  

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heç kimlə əlaqə saxlamadığını deyib. 

A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək.//Report.Az

Qeyd edək ki, qayınatası gəlininin nikahdan əvvəl bir nəfərlə münasibətinin olduğunu bildirmişdi. T.Bayramov bu barədə ona gəlinin qardaşı arvadının məlumat verdiyini demişdi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений