Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gömrükdən büdcəyə gələn pul ARTIB



Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 325 mln. 636,70 min manat daxil olub.

Komitənin açıqladığı statistikada xəbər verilir ki, gömrük daxilolmaları ötən ilin yanvar-may ayları ilə müqayisədə 350 mln. 733,39 min manat və ya 35,98% artıb.

Ötən 5 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 341 mln. 474,10 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 911 mln. 941,60 min manat, aksizlər üzrə 57 mln. 927 min manat, yol vergisi üzrə isə 14 mln. 294 manat təşkil edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений