Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Girovluqdakı 2 azərbaycanlı Avropanı qarışdırdı



“İşğal altında olan Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur”.

Cebhe.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib. Politoloq qeyd edib ki. bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb:

“Bundan sonra həngamə qopub. Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı ifnromasiyaların çıxarılmasını tələb ediblər. Avropanın göbəyində anti-demokratik addım atılır və buna ciddi reaksiya yoxdur. Halbuki, elə təşkilatın adından da görünür ki, insan haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər. Məncə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir. Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений