Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Geyimləri ilə gündəmdə olan aktrisa: “Professional insan olarsa, erotik səhnəyə çəkilərəm” – FOTO



Hər zaman açıq-saçıq geyimləri ilə gündəmə gələn gənc aktrisa Ülfət Bəşirli erotik səhnələrə münasibətindən danışıb.

Aktrisa yalnız bir şərtlə açıq-saçıq səhnələrə çəkiləcəyini bildirib:

“Əlbəttə, qonorarın məbləği də önəmlidir. Amma bundan da vacib olan filmin bir peşəkar tərəfindən ərsəyə gəlməsidir. Əgər həmin filmin rejissoru professional insan olarsa, onda mən də erotik səhnəyə çəkilərəm”.

Ülfət insanların “18+” filmlərə olan marağından da danışıb: “Qadağa qoyulan, ayıb sayılan səhnələrə həmişə maraq güclü olur. Bizdə də elədir, tamaşaçı afişada “18+” yazısı görən kimi kinoteatra axışır”.

Aktrisa oynamaq arzusunda olduğu obrazlardan da danışıb:

“Ruhi xəstə obrazında çıxış etmək istəyirəm. Çətin xarakterdir deyə, mənə həmin rolu yaratmaq maraqlı gəlir”.

Aktrisa evlənərkən, onu olduğu kimi qəbul edəcək oğlana üstünlük verəcəyini deyib:

“Elə bir kişi lazımdır ki, məni olduğum kimi qəbul etsin, dəyişməyə çalışmasın. Bax, o cür insanla ailə quraram”. (yenicag.az)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений