Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Gənclərin ən böyük problemi: İŞSİZLİK –MÜSAHİBƏ  



Elamin Kazımov: “Bu gün nə qədər diplomlu, savadlı gənc tikintidə fəhlə işləyir”

Müasir dövrün ən böyük problemlərindən biri gənclərin işsizlik məsələsidir.Gənclərin İnkişafına və Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Elamin Kazımov da “Cümhuriyət” qəzetinə müsahibəsində bu məsələyə toxunub.

-Elamin bəy, bu gün gənclər daha çox hansı problemlərlə üzləşir?

-Ölkə böhran dövrünü yaşayır. Bu da bir çox problemləri özü ilə gətirir.Bu gün gənclərin üzləşdiyi problemləri də məhz bu kimi amillərlə əlaqələndirirlər.Doğrudur, bunun da müəyyən qədər rolu var, ancaq problemlər əslində bundan qaynaqlanmır.Bu gün ölkədə gənclərin müstəqil fəaliyyət göstərməsi üçün demək olar ki, şərait yaradılmır. Təsəvvür edin, hər il minlərlə tələbə məzun olur, ancaq onların demək olar ki, heç 5 faizi işlə təmin olunmur. İşsizliyin kökündə duran əsas məsələ də məhz hökumətin bu yöndə ciddi addımlar atmamasıdır.İstehsal sahələri olmadığı üçün savadlı kadrlar işsizlikdən əziyyət çəkir.

-Bəs problemin həllini nədə görürsüz?

-Problemin həlli köklü islahatlardan keçir. Xidmət, istehsal sahələrini gücləndirmək nəinki zəruri, hətta vacibdir.Manatın devalvasiyasından öncə gənclərin əksəriyyəti bank sahəsində çalışırdı.Ancaq bank sistemin iflic vəziyyətə düşməsi bu sahədə çalışan yüzlərlə gənci işsiz qoydu.Nəzərə alsaq ki, həmin şəxslər bank sahəsində ixtisaslaşmış, peşəkar kadrlardı.Bu gün o kadrların içləməsi üçün alternativ sahə yoxdur.

-Bəzən belə deyirlər ki, gənclərin işləmək həvəsi yoxdur, ona görə də işləmirlər.

-Bu əslində nisbi yanaşmadır. Nə zaman hansısa gəncə iş təklif olunub və həmin gənc o işdən imtina edib? Ümumiyyətlə, mən bu cür hallara rast gəlməmişəm.Təbii ki, istisna hallar mövcuddur.

Bu isə çox az faizdir. Bunu ümumilikdə gənclərin adına yazmaq olmaz. Bu gün nə qədər diplomlu, savadlı gənc tikintidə fəhlə işləyir.Axı biz bunların hamısını görürük. Necə deyə bilərik ki, iş yerləri kifayət qədərdir, ancaq işləmək istəyən yoxdur? Bu inandırıcı deyil.

"Cümhuriyət"








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений