Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncədə qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB



Gəncədə baş verən yol qəzası nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar şəhər sakinləri 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.

Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений