Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncədə “Dubay bazarı”nda iki nəfəri bıçaqlandı



Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin “Dubay bazarı” deyilən ərazisində qeydə alınıb. 

Belə ki, 1993-cü il təvəllüdlü Sahil Eynulla oğlu Rəsulov və 1984-cü il təvəllüdlü Cavid adlı şəxs bıçaqlanıb.

Hadisə qız üstündə yaranmış mübahisə zəminində baş verib. Hələlik kimlikləri məlum olmayan üç nəfər şəxs yoldan keçən qıza baxdıqları üçün onlarla mübahisə edib. Daha sonra Sahili bel nahiyəsindən, Cavidi isə qarın boşluğundan bıçaqlayaraq hadisə yerindən qaçıblar. Hazırda Cavidin vəziyyətinin ağır, Sahilin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений