Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Fosforlu Cevriyyə, yaxud illərin etirafı



Bakıya gedirəm... Bir müsahibənin dalınca. Heç bilmirəm onunla görüşüb həmsöhbət olmaq, illərin ötən xatirələrini yenidən vərəqləmək mümkünmü? Daxilimdə bir tərəddüd var. O, bu müsahibəyə razı olacaqmı? Səhərin alaqaranlığı Bakının köksünü yarırdı. Mən qatardan düşüb üzü Xəzərə doğru, Milli Parkda gəzmək qərarına gəldim. Dənizin xoş mehi üzümə vurduqca ançaq ona ünvanlayacağım sualları düşünürdüm. Doğrusu, uzun illər idi ki, görüşmürdük. Çox həyəcanlı idim. Onunla neçə əlaqə saxlayacağımı da bilmirdim. Facebook sosial şəbəkəsində ona yazmaq qərarına gəldim.

- Salam. Mən Bakıdayam. Sizinlə görüşüb bir müsahibə etmək istəyirəm. Mümkünmü ?
- Salam. Bu gün cəkilişdəyəm. Vaxtım yoxdur. Sabah günortadan sonra görüşsək, olarmı ?
- Əlbəttə, olar. Çox sağ olun.

Bu cavabdan sonra həyacanım daha da artdı. Çünki onun yaradıcılığına, bir aktrisa kimi səhnə məziyyətlərinə yaxından bələd idim. Sənətə olan tələbkarlığının həm də istedadının vurğunu idim. Onun ilk professional səhnə yolu Gəncə Dövlət Dram teatrından başlamışdı. O illərdən ki, teatra böyük tamaşaçı axını vardı. Axşam tamaşalarının biletlərini isə demək olar ki, tapmaq belə müşkül idi. 

Aktrisa hər gün tamaşalarda məşğul idi. Gənc aktrisanın bacarıqlı istedadı onun kövrək ciyinləri üstünə böyük məsuliyyət qoymuşdu. Teatrın repertuarında olan bütün tamaşalarda fərqli-fərqli və orijinal obrazlar yaratmaq onun taleyinə yazılmışdı. Hər gün səhnədə yeni bir obraz, yeni bir nəfəs. Aktrisa Güşvər Şərif.

- Güşvər xanım, sənətə gəlməyiniz o illər üçün bir az cətin deyildi? Nə qədər də olsa, rayon yeri və kənar qınaqlar vardı yəqin ki?.. 
- Mənim üçün sənətə gəlmək  siz düşündüyünüz kimi cətin olmadı. Düzdür, doğulub boya-başa çatdığım yer Zəngilan rayonu olsa da oranın insanları çox yetkin insanlar idi. Anam-atam da sənətə maraqlı insanlar idilər. Əsas məsələ bunda deyildi. Əsas məsələlər mənim Gəncəyə professional səhnəyə gəlişimdən sonra başladı. Bax, bundan sonra kənardan müdaxilələr, nə qədər də olsa, el qınağı özünü göstərdi və təsirsiz ötüşmürdü. Tək qız uşağı Gəncədə nə edir? Dəfələrlə atam anamı Gəncəyə yolladı ki, məni evimizə qaytarsınlar. O zaman yaxşı yadımdadır ki, qocaman sənətkarlarımız - xalq artistləri Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva və Rəmziyyə xanım Veysəlova valideynlərimlə danışdılar, onları razı saldılar ki, mən Gəncədən getməyim. Həm də bilirsiz, o zaman teatrın artıq demək olar ki, bütün repertuarında məşğul idim. Bir-birinin ardınca tamaşalarda rejissorlar obrazlar verirdilər. Mən getsəydim, bu tamaşaların taleyi necə olacaqdı? O üzdən valideynlərimi razı sala bildilər və mən Gəncədə qaldım. Gəncənin və gəncəlilərin mənim həyatımda xüsusi yeri var. Bu gün də Gəncənin adını belə eşidəndə sakitliklə qarşılaya bilmirəm. Həyəcan və qəhər məni boğur. Ömrümün ən gözəl mənalı günləri o şəhərlə bağlıdır.

- Gəncə teatrında bir çox rejissorlarla işləmisiniz. Daha çox hansı rejissorun səhnə dili, traktofkası sizin üçün maraqlı idi ?
- Mən Gəncə Dövlət Dram teatrına 1984-cü ildə təyinatla göndərildim. 1995-ci ilədək bu teatrda çalışdım. Az vaxt deyildi. Həm də o illərdə teatra başqa bir maraq vardı. Hər gün tamaşalarda oynamaq, tamaşaçı qarşısında olmaq böyük bir məsuliyyət demək idi. Düzü mən Universiteti bitirib gələndə elə bilirdim ki, bu sənətdə çox şey bilirəm. Gəldim Gəncəyə və ilk obrazım Əkrəm Əylislinin “Ata mülkü” pyesində Zərifə oldu. Pyesin ilk məşqlərində səhnəyə cıxanda gördüm ki, mən heç nə bilmirəmmiş. Hətta həyəcandan bildiklərimi belə unutdum. Sonra burada yavaş-yavaş rejissorlarla işlədikçə püxtələşdim. Yusif Bağırov, Hilal Həsənov, Vaqif Şərifov, Məhəmməd Bürcəliyev, Həsən Ağayev, Oruc Qurbanov və digər rejissorlarla işləmək, onlardan sənət məziyyətlərini öyrənmək bir aktrisa kimi püxtələşməyimə kömək oldu. Həm də burada böyük səhnə ustaları ilə tərəf müqabili olmaq nəsibim oldu. Xalq artistləri Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Rəmziyyə xanım Veysəlova, Zülfüqar Baratzadə, əməkdar artist Rza Nadirov və digər görkəmli sənətkarlarımızın da dəyərli məsləhətləri sənət yollarımın işğına cevrildi. Bu gün də sənətdə əldə etdiyim nailiyyətlərim üçün bu sənətkarlara borcluyam.

- Obrazlarınızdan söz düşərkən mən xüsusi olaraq bir pyesin tarixinə nəzər salmaq istərdim. Bu Suad Dərvişin eyni adlı romanı əsasında rejissor Oruc Qurbanovun səhnələşdirdiyi və quruluş verdiyi “Fosforlu Cevriyyə” pyesi haqqındadır. Bu gün o illəri xatırladıqca hətta deyərdim ki, heç bir obraz belə oynamasaydınız, yetərdi ki, tək bu Fosforlu Cevriyyə obrazınızla Azərbaycan teatrında bir aktrisa olaraq öz sözünüzü demiş olaçaqdınız. Neçə oldu bu tamaşanın taleyi? 
- Hə, o illəri siz də yaxşı xatırlayırsınız. Elə bu tamaşa haqqında sizin bir resenziyanız da o zaman dövri mətbuatda cap olunmuşdu. Düzü teatrda rejissor Oruc Qurbanov mənə bir gün sual verdi ki, hansı pyes üzərində işləmək istərdin. Mənim də çoxdankı bir arzum idi. Ançaq bilmirdim ki, bu romanı kim səhnələşdirə bilər. Oruc Qurbanova dedim ki, məndə bir roman var. Suad Dərvişin “Fosforlu Cevriyyə” romanı. Çox maraqlıdır. Bu obrazı oynamaq istərdim. Rejissor elə tərəddüd etdi ki. Çünki düşünürdü ki, mən Avropa və ya rus eləcə də klassik dramaturgiyaya aid olan hansısa bir pyesi təklif edəcəm. Ançaq bu dəfə bir aktrisa kimi istəyim fərqli idi. Oruc müəllim razılaşdı və dedi ki, romanı mənə gətir. Mən bu romanı kitabxananın zirzəmisindən vərəqləri cırılmış-sökülmüş bir gərəksiz halda tapmışdım. Səhəri gün romanı rejissor Oruc Qurbanova gətirdim. Bir necə müddətdən sonra romanı səhnələşdirdiyini dedi. Belə oldu bu pyes üzərində yaradıçılıq işinə başladıq. Mənə belə gəlir ki, tamaşa çox uğurlu alınmışdı. Mən bu tamaşada iki saata qədər səhnədən kənara cıxmadan daima hərəkətdə olurdum. Hətta elə mizanlar vardı ki, onları edərkən səhhətimə ciddi ziyan dəyəcəyini bilən qocaman aktrisalarımız xalq artistləri Sədayə xanım Mustafayeva və Rəmziyyə xanım Veysəlova deyirdilər ki, bu hərəkətləri risk edib səhnədə etmə. Ançaq mən cavan idim və bu obrazı hər zaman oynamaq arzusunda olduğumdan yenə də bu riskli mizanları səhnədə edirdim.  

- Tale belə gətirdi ki, Gəncədə ailə həyatı qurdunuz. Kinossenarist, dramaturq Rövşən Ağayev ilə. Bu gün cətin olsa da mərhum həyat yoldaşınızı necə xatırlayırsınız? Ümumiyyətlə, Rövşən Ağayevin sizin yaradıçılığınızda nə kimi rolu var?
Bu sualı dinlədikdə ani olaraq gözlərinin dərinliklərdə sanki bir işıq qığılcımı gördüm. Gözləri yaşardı və hər zaman olduğu kimi başını qürurla dik tutub, titrək səslə qəhərini boğazında boğub danışmağa başladı.
- Rövşən haqqında danışmaq bu gün mənə cətin olsa da həm də çox qürurvericidir. Çünki o tamam başqa bir xarakterdə olan insan idi. Həddən artıq çox təvazökar olduğu qədər də tələbkar biri idi. Onunla çox xoşbəxt idim. Möhkəm ailəmiz vardı. Şükürlər olsun bu gün tək oğlum da onun həyatda mənə olan ən böyük yadigarıdır. Rövşən Ağayev də yaradıçı insan idi. Dramaturq, kinossenarist. Ali təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda alsa da təhsil illərində oxuduğu institutun nəzdində kino şöbəsi yaratmış və burada qısametrajlı filmlər çəkməyə başlamışdı. Kinoya olan bağlılığı onu 1980-81-ci illərdə “Azərbaycanfilm” kinostudiyasına gətirmişdir. Uzun illər kinostudiyada çalışmış və buraya rəhbərlik etmişdir. Çox maraqlı insan idi. Onun “Yeddi oğlan və bir qız”, “Dayaq nöqtəsi”, “Deyilənlərdən sonra”, “Bir gecənin nağılı”, “Bu sən - Bu da mən” və başqa maraqlı pyesləri vardı. Bu pyeslər bir çox teatrların səhnələrində oynanılıb və hər zaman da maraqla qarşılanıb. Əlbəttə, Rövşənin mənim həyatımda və yaradıçılığımda xüsusi yeri var. Hər zaman dəyərli məsləhətlərilə yanımda olub. Bu gün də onun çox zaman sözünə, fikirlərinə ehtiyacım olur. Bax, o zaman artıq onun yadigarı tək oğlumla dərdləşirəm. Bu da mənə mənəvi ruh,qida və rahatlıq verir. 

- Bir sıra teleseriallara cəkilirsiniz. Sizcə, teleseriallara tanınmış simaların cəkilməsi nə dərəcədə özünü doğruldur? Yəni bu tanınmışların sayəsindəmi ançaq reytinq yığmaq mümkündür ? 
- İlk növbədə mövzu maraqlı və düşündürücü olduqda serial baxımlı olacaq. Düşündürücü və maraqlı mövzu olmasa, tanınmış simaları dəvət edib çəkməyin faydası nə? O üzdən düşünürəm ki, ilk öncə mövzu daha çox maraq dairəsində olmalıdır. Rejissorlarımız obrazların mahiyyət etibarı ilə aktyorunu tamaşaçısına sevdirməyi bacarmalıdır. Əks halda, heç bir yaradıcılıqdan söhbət gedə bilməz. 
Bu arada bir haşiyə cıxım. Yəqin izlədiniz dövri mətbuatda. Rövşən Ağayevin “Sonluğun sonu” mono-tamaşasını oğlum Asiman Ağa Rövşənin quruluşunda birlikdə hazırladıq. Düşünürdüm ki, ana və oğul səhnədə rejissor- aktrisa olaraq necə dil tapa bilərik və bu bizdə alınmayacaq. Ançaq səhnəyə mizanları qurmaq üçün gələndə bu hisslər bizdə tamamilə yox olub getdi və səhnədə rejissor, aktrisa münasibətləri tamam başqa müstəvidə inkişaf etdi. Çox maraqlı bir səhnə işi meydana gəldi. Maraqla baxıldı. Hər zaman düşünürəm ki, maraqlı səhnə dili və traktofkası olan rejissorun əməyi heç vaxt boşa cıxmır. Baxılır və reytinqdə, uğurda bu işə görə dəyərləndirilir. Bu kimi yaradıcı insanlarımız var və olacaq da.

- Heç olubmu ki, yaşadığınız ünvanda və ya tamaşa zamanı qrim otağında sevgi etirafı olan məktublar alasınız? 
- Hə ( gülür - A.B ) o qədər. Dəfələrlə. Daha çox tamaşa zamanı. Yadımdadır, bir dəfə rayonlarımızın birinə qastrol səfərinə getmişdik. Hər gün eyni bir cavan oğlan mənə gül gətirirdi və icərisində də məktubda yazılmış sevgi şeirləri. Ançaq o zaman mən anlayırdım ki, o, səhnədə gördüyü Əfsanəni və ya Nazanı ya da ki Səyalını və ya Cevriyyəni sevib. Əsl Güşvəri yox. Çünki məni real həyatda bir dəfə də olsun görməyib, bir kəlmə belə olsun kəsməyib. Belə olduğu halda necə sevə bilərdi. O üzdən də bu kimi məktubları alarkən heç zaman əhəmiyyət vermirdim. Çünki o zamanlar hələ çox cavan idim. 

- Bu gün oynamaq istəyəçəyiniz bir obraz qalıbmı ki, səhnədə görmək istərdiniz ? 
- Bu gün istərdim ki, çox maraqlı, psixoloji bir mono-tamaşa üzərində işləyim. Maraqlı bir obraz olsun. Bir qadının həyatını özündə əks etdirə bilsin. Elə bir obraz ki, daxilimdə olan bütün güçümü, qüvvəmi sərf edim. Hətta tamaşaçını belə düşündürən, həqiqi mənada səs sala biləçək bir mono-tamaşa. İndi həmin pyesin axtarışındayam. Secim edirəm. Yəqin ki, çox qısa bir vaxt məkanında yenidən səhnədə görüşəçəyik. Sevdiyim və secdiyim bir mono-tamaşa ilə. 

Anar Bürcəliyev, teatrşünas








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений