Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fermerlər pulunu ala bilmir: Nazirliyə də şikayətlər var - RƏSMİ CAVAB



“Pambıq, tütün, şəkər çuğunduruna ayrılan subsidiyalarının verilməsi ilə bağlı narahatlığa əsas yoxdur”. 

Bu sözləri Cebhe.info-ya  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, Nazirliyin Çağrı Mərkəzinə də şikayyətlər daxil olur:

“Bir həftə əvvəl kənd təsərrüfatı nazirinin müavininin sədrlik etdiyi Respublika Komissiyası subsidiyaların verilməsi ilə bağlı qərar verib. Həmin qərar Maliyyə Nazirliyinə, Hökumət orqanlarına, yerli icra və kənd təsərrüfatı orqanlarına verilib. Qərara Maliyyə Nazirliyində baxılacaq və  yaxın günlərdə fermerlər plastik  kartlar vaistəsilə Kapital ASC-dən subsidiyanı əldə edə biləcəklər”. 

Murtuzəli Hacıyevin sözlərinə görə, şəffaflığın təmin olunması məqsədilə Nazirliyin internet saytında istehsalçıların adları, ayrılan subsidiyaların məbləğı ilə bağlı məlumatlar yerləşdirilib: “Fermerlər hər hansı uyğunsuzluqla rastlaşarlarsa, 0652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər”. 

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений