Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fərəc Quliyev: “Xalqın pulunu özlərini düşünən məmurlardan almaq vacibdir”



Büdcəni doldurmaq üçün yırtıqları yamamaq lazımdır “Bəzən vəsait axtarmamaq üçün qiymət arımına gedirlər. Bir müddət öncə enerji daşıyıcılarının qiymətini, indi də benzinin qiymətini qaldırdılar. Büdcəni doldurmaq üçün bunu ediriksə, bu doğru deyil. Biz neft sahəsində istehsalçı ölkəyik”.

Cebhe.info xəbər verir ki, bunu büdcə müzakirələri zamanı Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Deputat hesab edir ki, büdcəni doldurmaq üçün ilk öncə büdcənin yırtıqlarını yamamaq lazımdır. “Təkcə Beynəlxalq Banka 1 il ərzində milyardlarla vəsait ödənildi. Digər tərəfdən, hansısa vəzifəli şəxs həbs olunur, sonra məlum olur ki, onun milyardları var. Düşünürəm ki, Gürcüstan variantından istifadə edib bu məsələni kökündən həll etmək lazımdır. Xalqın pulunu özlərini düşünən məmurlardan almaq vacibdir.

Bizim büdcədən “barıt” iyi gəlməlidir. Biz büdcə kəsirlərini neftin qiymətinin düşmə faizi ilə hesablayırıq. Ancaq torpaqlarımızın 20 faizindən biz ümumiyyətlə istifadə edə bilmirik. 20 ildir ki, ermənilər bu ərazilərin zəngin ehtiyatlarını daşıyıb aparırlar. Ona görə də hesab edirəm ki, büdcədən torpaqların azad olunması üçün də vəsait ayrılmalıdır”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений