Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Faizsiz verilən kreditlərin “SİRRİ”



"Bank Standard" QSC-nin 743 milyon manatlıq kredit portfelinin 304 milyon manatdan artıq hissəsi 0 faizlə verilib".Bunu "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin iclasında komitə sədri Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, 0 faiz dərəcəsi ilə verilən ən yüksək kreditin məbləği 13 milyon manatdır: "Faizsiz kredit verilməsi dövlət təhlükəsizliyi məsələsidir. Burada söhbət çirkli pulların yuyulmasından da gedə bilər.Təklif vermişik ki, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilsin və bu kreditlərin kimə verildiyi araşdırılsın.Faizsiz kreditlərin əksəriyyəti fiziki şəxslərə verilib".

Komitə sədri əlavə edib ki, kredit portfelinin 58 faizi girovsuz, 42 faizi isə qismən girov təmin edilməklə verilib.Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev isə deyib ki, qurumun fəaliyyəti yenidən nəzərdən keçirilir.Onun sözlərinə görə, bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub ki, işlər 600 milyon manatdan artıq vəsaiti əhatə edir.0 faiz dərəcəsi ilə verilən ən yüksək kreditin məbləğinin 13 milyon manat olması onu deməyə əsas verir ki, bu, istehlak krediti deyil.İndi məlum olur ki, dollar kreditləri niyə bu qədər problem yaratdı.0 faizlə verilən kreditləri ört-basdır etmək üçün əhaliyə dollarla götürülən kreditləri yeni kursla tələb etdilər və buna davam edilir.Məntiqlə, 0 faizlə verilən kreditlər bank cavabdehləri tərəfindən mənimsənilib.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, dünya təcrübəsində 0 faizlə verilən kredit anlayışı yoxdur:

“Reklam xarakterli olaraq banklar bunu edə bilər. Bu isə kredit sayılmır.Əmtəəni lizinq şəkilində 0 faizlə verə bilərlər.Burada da qiymət fərqi var. Krediti 0 faizlə verəndə iqtisadi maraq itir.Aşağı faizlə olsa da, mütləq kreditin faizi olmalıdır.Əgər kredit faizi sıfırlanırsa, o, iqtisadi baxımdan kredit sayılmır.Bankın 0 faizlə kredit verməkdə marağı nədən ibarətdir?İqtisadiyyat maraq üzərində qurulub.Kiminsə oradan mənfəət əldə etmək marağı yoxdursa, hərəkətin anlamı qalmır.Bu da ondan xəbər verir ki, bank rəhbərləri 0 faizlə kredit verməkdə maraqlı olublar. Onlar krediti müxtəlif şəxslərin adına 0 faizlə sənədləşdirib həmin vəsaiti özləri mənimsəyib. Nəyə görə əhalinin kreditlərinin üzərinə faizdən əlavə, dolların kursunu da yükləyirlər, amma müəyyən şəxslərə güzəştlər olunur?Bu da onu deməyə əsas verir ki, müəyyən maraqlı adamlar mənfəət əldə etmək üçün bunu özlərinə bir yol kimi tapıblar.Faizsiz kredit məsələsi təhlükəsizlik baxımından hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.Əgər məsələ ciddi araşdırılsa, pulun kimlərə verildiyi aydın olar.Bəlkə də adlarına milyonlarla krediti sənədləşdirilən şəxslərin çoxu məsələdən xəbərsizdir.Azərbaycanda belə təcrübə kifayət qədərdir. Beynəlxalq araşdırmaçıların apardığı tədqiqata adına milyonlar olan bir şəxsin çiy kərpicdən tikilmiş evdə yaşadığı sübut olunmuşdu”.

Həmin vəsaitlərin geri qaytarılmasına gəlincə, iqtisadi bunu öncədən söyləməyin çətin olduğunu bildirib:

“Bəlkə də həmin vəsaiti bankdan çıxarıb mənimsəyən şəxs Azərbaycanda yoxdur. Son illərə qədər vəsaitləri ölkədən çıxarmaqda problem olmayıb.Qadağalar indi-indi möhkəmləndirilib. Ölkədən çıxarılan vəsaitlərin geri qaytarılması çox az ehtimal olunandır. Demək olar ki, bu vəsaitlər Azərbaycan xalqının sərvəti və yaxud da hansısa bankın əmlakı kimi itirilib"

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений