Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Faiq Ağayev Çingiz Abdullayevin müdafiəsinə qalxdı



Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi 11 apreldə keçiriləcək növbədənkənar seçkilərində YAP-ın namizədi, hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan etdi.  

Cebhe.info-nun məlumatına görə, bunun ardınca bir qrup şəxs sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və AYB katibi Çingiz Abdullayevin kitablarını yandırmaq təşəbbüsü ilə çıxış ediblər.

Bu da istər cəmiyyətdə, istərsə də ölkə ziyalıları və sənət adamları arasında birmənalı qarşılanmayıb.

Xalq artisti Faiq Ağayev də məsələyə münasibət bildirib. O, “Facebook” profilində bununla bağlı status yazıb:

“Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyyəsizliyə qarşı ictimai qınağın olmamasıdır. Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din xadimləri, dövlət məmurları, millət vəkilləri belə susur. Nədir, nə biçim gerizəkalılıqdır o kitab yandırmaq azarı? Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümünəsindən? Tarixin hansı kəsiyində bu tərz dölbeynlik xeyir gətirib ki: "Əşşi, nə işimə?" deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş edək? Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir. Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücüm və cinayətdir. Bu gün qınayıb, cəzalandırmasaq o kəsləri, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq. Gec olacaq artıq. Gücümüz - birlikdədir!”

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений