Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Facebook bağlansa, boşanmalar azalacaq? - Hadi Rəcəblinin fikri dəstək qazanmır



Millət vəkili Hadı Rəcəbli növbəti maraqlı açıqlaması ilə gündəmə gəlib.

Parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda bu gün nikahların pozulmasına  "Facebook", sms-lər  səbəb olur. Bunu “acınacaqlı hal” adlandıran komitə sədri ölkədə çoxuşaqlılığın da azaldığını qeyd edib. Onun sözlərinə görə, əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi 2 uşaq doğulur. 

Məsələ ilə bağlı “Təmiz Dünya”Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Cebhe.info-ya açıqlamasında deyib ki, Hadı Rəcəblinin ailə münasibətləri ilə bağlı narahatçılığı alqışlanır:

“Amma biz məsələyə konseptual yanaşmalıyıq. Bu gün sosial şəbəkələrin ailə münasibətlərinə müəyyən təsirləri var. Amma bütün boşanmalar məhz sosial şəbəkələrin təsiri altında baş vermir. Məsələnin fərqli tərəfləri var ki, onların həllinə kompleks şəkildə nail olmalıyıq. Sevinirəm ki, Milli Məclisdə ailə məsələləri son zamanlar gündəmdədir və müzakirə predmetidir. Bu məsələdə məcburi, tələsik, hansısa maraq xatirinə nikahlar, eləcə də fərdlərarası münasibətlərdə şəffaflıq və ya dürüstlük məsələləri də böyük rol oynayır.

Qapalı münasibətlər çərçivəsində qurulan ailələrdə ilk növbədə etibarlılıq yoxdur. Nikaha girməzdən əvvəl hansı ailə psixoloqa müraciət edir? Olsa-olsa çox cüzi say ortaya çıxa bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ailə məsələləri ilə bağlı mütəxəssislər toplaşmalı  və bütün nüansları səsləndirməlidirlər. Sosial şəbəkələrlə bağlı məsələdə proses onsuz da dayanmayacaq. Yəni, insanlar buna artıq alışıblar. Bu məsələdə ailə qurularkən tələsik uşaq dünyaya gətirmək, köhnə adətlərlə getmək, müəyyən müdaxilələrə məruz qalmaq kimi stereotipləri də nəzər salmaq lazımdır.

Biz ailələrin şuurlu şəkildə qurulması məsələsini əsas tutmalıyıq ki, bu məsələni necə həyata keçirək, necə çağırış edək? İlk növbədə buna diqqət ayrılmalıdır. Mən düşünmürəm ki, sosial şəbəkə bu problemləri dayandıracaq. Ola bilsin ki, müəyyən faiz azalda bilər. İstənilən halda bu gün dünya sosial şəbəkələrdədir. Məsələlər bir qədər dərindir. Ona görə də şuurlu vətəndaş şuurlu şəkildə ailə qurmalıdır”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений