Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əvvəlcə oğlunu öldürdü, sonra intihar etdi - DƏHŞƏT



ABŞ-da tanınmış model Stefani Adams qaldığı oteldə intihar edib. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da model olan S.Adams intihar etməzdən əvvəl 7 yaşlı oğlunu 25-ci mərtəbədən atıb. 

48 yaşındakı Stefani və oğlunun ölüm hadisəsinin həkim işləyən həyat yoldaşı Çarlis Nikolai ilə boşanma ərəfəsində yaşanması müəmmalara səbəb olub. Modelin vəkili olan Raul Felder ABŞ mətbuatına verdiyi açıqlamada Stefaninin intiharı ilə bağlı bəzi şübhəli məqamların olduğunu dilə gətirib. O, bildirib ki, Stefani ölümündən əvvəl oğlu ilə İspaniya və İngiltərəyə tətilə getməyi planlaşdırırdı, amma məhkəmə bu istəyi rədd etmişdi. Ola bilsin ki, məhkəmənin bu qərarı onun intiharına və oğlunu da öldürməsinə səbəb olub. Hazırda ölüm hadisələri ABŞ polisi və məhkəməsi birgə araşdırılır.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений