Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əvvəl uşaq, sonra ana: Xəstəxanada daha bir ölüm - ÖZƏL



Bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.

Ötən gün Abşeron Rayon Mərkəzi Xəstəxanasında bir neçə ayın gəlini olan 22 yaşlı Aytac Tapdıqovanın bətnində olan dölün tələf olması, ananın isə komaya düşməsi ilə bağlı xəbər yayımlamışdıq. Öncə, Aytac Tapdıqovanın bətnində əkiz döl olduğu haqda məlumat yayımlanmışdı. 

Cebhe.info əməkdaşı daha təfərrüatlı məlumat əldə etmək üçün ötən gün xəstəxana ilə əlaqə saxlasa da, qadının hamilə olmadığı bildirilmişdir. Zənglərimizə cavab verən xəstəxana əməkdaşı çox aqressiv şəkildə məlumatların yanlış olduğunu bildirib. O, Aytac adlı xəstənin bir neçə ayın gəlini olduğunu bildirib: “Aytac adlı xanm hamilə deyildi. Bir neçə ayın gəlini olub, qanaxması vardı. Hər kim bu məlumatı yayıb, yalandı”.

Lakin xəstəxananın yalan deyə adlandırdığı bu məlumat, daha sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də təsdiqlənib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında avqustda ailə həyatı quran 22 yaşlı Aytac Qorxmaz qızı Tapdıqovanın hamilə olduğunu deyib: 

“Qadın güclü qanaxma ilə xəstəxanaya gətirilib. Ölü olan döl tək olub. Döl götürülüb, ana isə komaya düşüb, vəziyyəti çox ağırdır”.

Bu gün xəstənin vəziyyəti ilə bağlı son məlumatı almaq üçün dəfələrlə xəstəxana ilə əlaqə saxlasaq da, hər dəfə bir bəhanə ilə suallarımız cavablandırılmayıb, dəfələrlə qəzetimizin adını eşitdikdən sonra xəstəxana işçiləri dəstəyi asıblar. 

Yenidən məlumat almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında ananın bu gün səhər 12:00 radələrində dünyasını dəyişdiyini bildirib. Ananın ölümünə səbəb kimi güclü qanaxma göstərilib.  

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений