Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əvvəl 39 nəfərin qatilini, indi isə Adnan Oktarı...



Türkiyədə "Adnan Hoca" kimi tanınan Harun Yahyanın-Adnan Oktarın vəkili barədə maraqlı iddialar ortaya çıxıb.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktarın vəkili Atanur Dəmir Reinada 39 nəfəri öldürən böyük cinayətkar təşkilatın lideri Abdulkadir Maşaripovun da hüquqlarını müdafiə edib.

Atanur Dəmir təcavüzkar Maşaripovun ilk gündən vəkili olub. O, Reinada 57 şübhəli işin müdafiəsini aparıb. Vəkil şəxsi səhifəsində işinin müqabilində konkret məbləğ də qeyd edib. Ən ağır cinayət işi ilə məşğul olmaq üçün vəkil 8700 manat pul tələb edir. 

Qeyd edək ki, Adnan Oktar Türkiyəyə aid gizli sənədləri və məlumatları MOSSAD vasitəsilə İsrailə ötürmə, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma və bir sıra digər maddələrlə ittiham olunur.

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений