Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Evinə aldığı unun içindən qurd çıxdı - VİDEO



Cəlilabad rayon sakini Hafis Quluyev ötən gün rayondakı dükanlardan birindən 10 kq-lıq un alıb. 

Xezerxeber.az-ın məlumatına görə, evdə un kisəsi açıldıqdan sonra isə  unun içindən müxtəlif həşərat və qurdlar çıxıb.

Un kisəsinin üzərində məhsulun istehsal tarixi və saxlanma müddəti göstərilməyib. Hafiz Quluyev bu barədə unu aldığı mağaza sahibinə  müraciət etdikdə isə ona gülməli cavab veriblər.

Məsələ ilə bağlı biz də unun satıldığı dükanda olduq. Mağazanın işçiləri bu dəfə unu istehsal edən şirkətlə əlaqə saxladılar. Həmin şərkət isə ittihamla razılaşmadı. Bildirdilər ki, unun içindən qurd çıxa bilməz.

Ekspertlər bildirir ki, belə vəziyyətlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edilməlidir. Unun içindən qurdların çıxması faktı təsdiqlənərsə istehsalçı şirkəti 1500 manata qədər cərimə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений