Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Evi yanan mərhum jurnalistin bacısı aidiyyatı orqanlardan KÖMƏK İSTƏDİ  



Xəbər verdiyimiz kimi, ötən gecə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın hadisəsi baş verib. Həmin düşərgədə məcburi köçkünlər məskunlaşıblar. Yanğın mərhum jurnalist Zabil Müqaliboğlunun bacısının yaşadığı otaqdan başlayıb. 

Modern.az saytı mərhum jurnalistin bacısı Sevinc Əliyeva ilə əlaqə yaradıb. O saytımıza açıqlamasında hazırda hadisə baş verən yerə getdiyini bildirib: 

“Dünən bayramı qeyd etmək üçün xalamgilə getmişdim. Yanğın hadisəsi həmin zaman baş verib. O evdə tək yaşayırdım. Yaxşı ki, özüm evdə olmamışam. Gecə 4-də yanğın başlayıb, qonşular nə qədər çalışsa da, söndürə bilməyib. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəliblər. Lakin yanğının səbəbi hələ də məlum deyil. Çünki evdə yanılı qalan heç bir şey yox idi. Bəlkə də kimsə qəsdən bunu edib. İnanırsınız, başımı itirmişəm”. 

S.Əliyeva qeyd edib ki, yanğın nəticəsində evdə hər şey kül olub: 

“O ev bizim ata evimiz idi. Valideynlərim, qardaşım dünyasını dəyişəndən sonra bacım da ailəli olduğundan orada tək qalırdım. Arada müalicəmlə əlaqəli qohumlarda da qalırdım. Yanğın bizim evdən başlayıb. Həmçinin qonşunun mətbəxi yanıb. Lakin onlar zamanında söndürə biliblər. Yanğınla bağlı məlumatı qonşular gecə ikən bacımgilə deyib. Daha sonra mən xəbər tutdum”.

Sevinc Əliyeva deyir ki, yanmış evdə qeydiyyatdadır və məcburi köçkünlər nə vaxtsa düşərgə ərazisindən çıxarılarsa, “Dövlətqaçqınkom” ona da təzə mənzil verməlidir.  Amma indi evi yanıb kül olan S.Əliyeva çətin vəziyyətdə düşüb. O, faktiki olaraq küçədə qalıb və  “Dövlətqaçqınkom”dan kömək istəyir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений