Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ev tikmək qəlizləşib? - Yeni qərarda nələr dəyişib?



Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib. 

Cebhe.info xəbər verir ki, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0″ səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək – çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.

Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunacaq. Qərara əsasən, bu siyahı yalnız icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında əsasnamə ilə dəyişilə bilər. Həmçinin müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarında da dəyişiklik edilib. 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu mətnlə əvvəlki mətnin arasında layihə baxımından heç bir fərq yoxdur:

Sadəcə olaraq orada cümlələr dəyişib. Əvvəllər yazılırdı ki, binanın hündürlüyü binanın yerləşdiyi torpaq nöqtəsinin ən hündür nöqtəsindən ölçülür. İndi isə yazılır ki, birinci mərtəbənin döşəməsindən sayılır. Bundan başqa əvvəl yazılırdı ki, müvafiq qaydada memarlıq tikinti layihə sənədləri hazırlanaraq müvafiq icra hakimiyyətinin müvafiq qurumuna verilməlidir.

İndi isə orda bir cümlə artırılıb ki, binanın mərtəbələri, mərtəbə arası kəsikləri, ön görüntüsü, ölçülər göstərilməlidir. Burada memarlıq sənədinə açılış verilib. Dəyişiklik bundan ibarətdir, orada başqa dəyişiklik yoxdur”. 

 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений