Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əsədin paytaxtında rus polisi keşik çəkir - Hər addımda küçələrdə



Suriya paytaxtı Dəməşq silahlılardan tam olaraq təmizlənib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, artıq rus hərbi polisi Şərqi Quta, Şərqi Kalamun və Yarmukda küçələrdə gəzir. Əsas məqsəd təxribatların qarşısını almaqdır.

Bu barədə Baş Qərargahın operativ idarəsinin rəisi Sergey Rudskoy məlumat verib.

Onun sözlərinə görə, həmin ərazilərdə humanitar əməliyyat keçirilib. 188 min nəfər bölgədən çıxarılıb ki, onlardan da 25 mini silahlılar olub. Bu isə sakinlər arasında çoxsaylı tələfatdan qaçmağı mümkün edib. 

Qeyd edilir ki, Yarmuk və Dəməşqin Həcr əl-Əsvad rayonu İŞİD terrorçularının əsas bazaları olub. 21 mayda hökumət qoşunları hər iki bölgənin silahlılardan təmizləndiyini elan edib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений