Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əsəd 48 saata 250 nəfəri öldürdü - FOTOLAR



Bəşər Əsədə  tabe olan silahlı qüvvələrin  Suriyanın Şəqri Quta bölgəsində həyata keçirdiyi hərbi əməliyyatar zamanı kütləvi qətliam baş verib.

Dəməşq yaxınlığında yerləşən Şərqi  Qutanı ələ keçirməyə çalışan Suriya hökumət qüvvələri dinc əhaliyə havadan və ağır artilleriyadan zərbələr endirib. 48 saat ərzində 250 nəfər dinc insanın həlak olduğu xəbər verilir. Onların 50 nəfəri azyaşlı uşaqdır. Hərbi əməliyyat zamanı 1200 nəfər yaralanıb.  Bombardmanlar zamanı 5 xəstəxana və bir tibb məntəqəsi də məhv edilib. 

Yaranmış vəziyyətdən narahatlığını bildirən ABŞ bir aylıq atəşkəs elan etməyə çağırıb.   

Müşfiq Abdulla
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений