Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanın yeni prezidenti: Adı bu tarixdə məlum olacaq



Ermənistanda prezident seçkilərinin vaxtı açıqlandı.

Mart ayının 9-a qədər  Ermənistanın 4-cü prezidenti  seçiləcək. Cebhe.info-nun məlumatına görə, Ermənistanın hazırki dövlət başçısı Serj Sarkisyan Milli Məclisin və parlamentdəki fraksiyaların rəhbərləri ilə görüşündə belə bir açıqlama ilə çıxış edib. 

Yeni konstitusiyaya əsasən Ermənistan prezidenti  bundan sonra parlament tərəfindən 7 il müddətinə seçiləcək.  2018-ci ilin aprel ayında Serj Sarkisyanın ikinci prezidentlik müddəti başa çatır və ölkə  parlamentli idarəetmə sisteminə keçəcək. 

Sarkisyan yeni prezidenti seçərkən parlamentin öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirib: “Yeni prezidentin parlamentdə hərtərəfli konsensus şəraitində seçilməsi daha yaxşı olar”,-deyə Ermənistanın 3-cü dövlət başçısı qeyd edib. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений