Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistandan Azərbaycana Avrasiya İttifaqı “şərtləri” – “Qul ağasına barmaq silkələyir”



“Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün əleyhinə olmadığını, ancaq şərtləri olduğu dedi. Köçəryana görə ilk növbədə Azərbaycan Ermənistanın blokadasına son qoymalıdır. O, həmçinin dedi ki, Azərbaycan Ermənistana qarşı düşmən münasibətdən əl çəkməlidir”.

Cebhe.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib. Politoloq erməni diplomatın şərtlərinin gülməli və absurd olduğunu deyib:

“Şərtə bax?! Sən hələ bir soruş ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyir, ya yox? Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Birliyinin üzvləridirlər, buna baxmayaraq, yola getmirlər, sərhədləri yarıişlək vəziyyətdədir. İrəvanın qulağına çatıb ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə dəvət edir və bu məsələdə Ermənistanın mövqeyi nəzərə alınmayıb. Əslində Şavarş Köçəryanın “şərtləri” Bakıdan çox Moskvaya ünvanlanıb ki, “bizim rəyimizi niyə nəzərə almırsınız?”. Qul ağasına barmaq silkələyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında “Azərbaycanın Avrasiya İqtisadi Birliyində üzvlüyünə ancaq şad olardıq” fikrini dilə gətirdi. Bu zaman Lavrov üzvlük üçün Azərbaycan qarşısında hansısa şərti söyləmədi. Şavarş Köçəryan və onun naziri iradını Lavrov bölgəni tərk etdikdən sonra bildirib. İşğal davam edə-edə hansısa amorf təşkilatda üzvlük naminə Azərbaycanın Ermənistanın blokadasına son qoyacağını və Ermənistana qarşı düşmən mövqeyindən əl çəkəcəyini İrəvan ancaq yuxusunda görə bilər”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений