Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanda Paşinyana qarşı qaldırılmış cinayət işi bağlanıb



 Ermənistanın hüquq-mühafizə orqanları kütləvi aksiyalar zamanı baş nazir Nikol Paşinyana və onun bir neçə tərəfdarına qarşı qaldırılmış cinayət işini bağlayıblar.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Qurumun saytında bildirilir ki, iyunun 21-də Ermənistan Respublikasının Xüsusi İstintaq Xidməti həmin şəxslərə qaşrı cinayət işinin bağlanması cinayət təhqiqatının dayandırılması və cinayət işinin bağlanması barədə qərar qəbul edib.

Ermənistan müxalifətinin rəhbəri Nikol Paşinyan mayın 8-də ölkənin baş naziri seçilib. Bu, Yerevanda keçirilən kütləvi etiraz aksiyaları fonunda baş verib.  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений