Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənilərin sayı ilə bağlı xəbərlər saytlardan silinib? - Partiya sədrindən İDDİA



“Mətbuatda Statistika Komitəsinin son siyahıyaalma yekunları ilə bağlı məlumatın yayıldığı bildirildi. Axtarış etdım, lakin mənə bildirildi ki, məlumat saytlardan yığışdırılıb. Bu məlumat adi deyildi”.

Cebhe.info xəbər verir ki, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Partiya sədri qeyd edib ki, adıçəkilən yazıda Azərbaycan əhalisinin etnik tərkibində erməni mənşəli olanların statistikası göstərilib:

“Belə məlum olur ki, yazıda göstərilənə görə ermənilərin ümumi sayı bu günə 120 mindən artıqdır. Onlardan 25 minə qədəri Bakıda, digərləri başqa ərazilərimizdə yaşayırlar. Deyə bilmərəm, Dağlıq Qarabağ ərazisindəki separatçılar saya daxildir, yoxsa yox. İnanmıram. Çünki Statistika Komitəsinin o ərazilərdə say aparmaq imkanı mövcud deyil. Beləliklə, Azərbaycanda bu günə bizimlə düşmənçilik edən, övladlarımızı milli zəmində qətlə yetirən, torpaqlarımızı işğal edən, soydaşlarımızı dədə-baba yurdlarından qovan millətin nümayəndələrinin sayı deyildiyi kimi 30 min deyil, 120 min nəfərdir. Nəzərə alaq ki, bu dığalığını boynuna həyasızcasına alanlardır. Bunların nə qədəri kimliyini ad dəyişməklə gizlədib, bir Allah bilir. Bunların nə qədər törədiyi varisləri var? Qarışıq ailələrdə nə qədəri özünü başqa kimi göstərib? Hələ nə qədər axçinin gündə bizi idarə etmək, talamaq, sümürmək üçün təlimatlandırıb işə göndərdiyi rəhbərlərimiz və sıravi məmurlarımız var? Belələrinin dəbdə olduğunu da nəzərə alsaq, yəqin ki, statistikanın xeyrimizə olmadığını hamı anlayar. Adam dəhşətə gəlir.

Məqalənin saytdan silinməsinin də sirri burada yatır, yəqin. Bəlkə bu statistikaya görə bizə tolerantlıq, multikulturalizm kimi dünyanın imtina etdiyi lazımsız terminlərə alışdırırlar? Bəlkə, nə vaxtsa Qarabağ itkisi ilə bu 120 min həmvətənimizə görə barışmağı təklif edəcəklər bizə? Kim bilir? Qismət olsa, görərik”.


Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений