Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Erməniləri “böyüdən” şeiri dərsliyə kim salıb? - Nazirlik yenə susur



Bir müddət bundan öncə 10-cu sinif  “Tarix” dərsliyində “Böyük Ermənistan” xülyasını əks etdirən xəritənin mövcudluğu rezonans yaratdıqdan sonra həmin dərs vəsaitinin Təhsil Nazirliyi tərəfindən məktəblərdən yığışdırılmasına başlanılıb.

Dərsliklərdəki nöqsanlar, biabırçı səhvlərin sayı kifayət qədərdir. Texniki, mexaniki, istərsə də, məzmun baxımından dərsliklərdə kifayət qədər səhvlərlə qarşılaşmaq olar. Dərsliklərin birində hekayə tərsinə verildiyi üçün məktəblilər səhifəni tərsinə oxumalı olurlar. Nəinki yuxarı sinif, həmçinin aşağı sinif dərsliklərində də çoxlu səhvlər yer alıb. 2-ci sinif “Azərbaycan dili” dərsliyində daha səhv tapılıb. Dərslikdə yer alan “Təzə il” şeirində sanki ermənilərin daha güclü olması tərənnüm edilir: “Ermənilər qoymayıb Laçına, Kəlbəcərə. Şaxta babayla, Qar qız gəlib çıxıb şəhərə…”. 

110-cu səhifədə dərc olunan şeir dərsliklərlə bağlı yenidən rezonans yaradıb.

Maraqlı olan suallardan biri də budur ki, Təhsil Nazirliyinin Dərsliklərin Qiymətləndirilmə Şurası bu məzmunlu şeirlərin dərsliyi daxil edilməsinə necə münasibət bəsləyir? 

Təəssüflər olsun ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov yaxın bir neçə saatda suallarımızın şifahi deyil, yazılı cavablandırılacağını bildirsə də, iş gününü sonuna qədər sorğu cavabsız qalıb. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений