Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərəb ölkələri İrana qarşı birləşir



Qabil Hüseyinli: "Ərəb ölkələrinin çoxu İrana qarşı sanksiyalara qoşulacaq"

Xəbər verdiyimiz kimi, ABŞ İrana qarşı sanskiyaları sərtləşdirəcəyini bildirmişdi. Bundan sonra bir sıra ölkələr ABŞ-ın İrana qarşı siyasətində rəsmi Vaşinqtona hər cürə dəstək verəcəkləri ilə bağlı bəyanatlar, açıqlamalar yayıb. Mayın 22-də Ərəb Koalisiyasına daxil olan Bəhreyn xarici işlər nazirliyi bəyanat verərək İran məsələsində ABŞ-ı dəstəklədiklırini və bu istiqamətdə rəsmi Vaşinqtonun istədiyi yardımı edəcəklərini bildirib. 

Məsələni şərh edən siyasi ekspert Qabil Hüseyinli Cebhe.info-ya açıqlamasında bilidirib ki, Bəhreyn bu addımı Səudiyyə Ərəbistanına yaxınlığına görə atıb. Səudiyyə Ərəbistanın regionda İranın fəallığını qəbul etmədiyini vurğulayan Qabil Hüseyinli hesab edir ki, Bəhreyn yeganə ölkə olmayacaq:

"Bir çox ölkələr var ki, Səudiyyə Ərəbistanının yaratdığı Ərəb Koalisiyasına daxildir. Onlar da yəqin ki, ABŞ-ın bu sanksiyalarına qoşulacaq. Məsəl üçün  bu yöndə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Misirin adını çəkmək olar. Ondan sonra Mərakeş də prosesə qoşula bilər. Ərəb ölkələrindən biri qoşulubsa demək ki, bunun arxası gələcək. Burda da əsas məqsəd İranın bölgədəki, xüsusən də Yəməndəki fəallığının qarşısını almaqdır.  ABŞ-ın isə əsas niyyəti İranda rejim dəyişikliyinə nail olmaq, dini hakimiyyəti dəyişdirməkdir". 

Siyasi ekspertin sözlərinə görə, ABŞ-ın İrana qarşı siyasətinə bir çox ərəb ölkəsi birləşsə də, istisnalar da olacaq: 

"Onların arasında İranın güclü təsiri olan İraq və Yəmən ön sıradadır. Və bir neçə Ərəb ölkəsi var ki, İranı dəstəkləyirlər. Həmin  ölkələrin İrana dəstək verməsi, orada şiə qurupu çoxluğunun olmasından irəli gəlir. Amma, buna baxmayaraq Ərəb dünyasında Səudiyyə Ərəbistanının dəstəyi daha çoxdur. Ona görə də birmənalı olaraq Ərəb ölkələrinin çoxu ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulacaq".  

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений